turklehceleri.org

üslub

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

üslub

is. [ər.]
1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideyabədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Romantik üslub. Qotik üslub. – Bir tərəfdə ərəb üslubunda yapılmış bir köşk, ötəki tərəfdə Şərq bazarı, qarşısında uzunsaçlı dərviş qəsidə oxuyur. Çəmənzəminli. // Ümumiyyətlə, üsul, tərz.
2. Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. Qəzet üslubu. Felyeton üslubu. Nağıl üslubu. // Nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. Üslub səhvləri. Öz əsərinin üslubu üzərində işləmək. Məqalənin üslubunu düzəltmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

üslub

üslup


Son arananlar: