örpək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
örpək
is.
1. Qadınların başlarına saldıqları iri ipək və ya başqa parçadan örtük, iri baş yaylığı. Şəhrəbanu xanım ərinin sağ böyründə çənəsini yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir. M.F.Axundzadə. [Mina] örpəyinin ucu ilə gözlərini sildi. Ə.Əbülhəsən.
2. məc. Örtük mənasında. Dağlarının başı qardır; Ağ örpəyin buludlardır. S.Vurğun.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
örpək
atkı