nifrin
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nifrin
is. [ər.] Lənət, bəddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vəzirov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli. • Nifrin etmək (yağdırmaq) – lənətləmək, bəddua etmək, qarğışlamaq. [Hatəmxan ağa:] ..Mənə Allah lənət etsin, əgər ona nifrin edib, onu oğulluqdan çıxartmasam. Ə.Haqverdiyev. [Sənubər] bəlkə də var qüvvəsilə nifrin yağdırmaq, lənətləmək istədi. B.Bayramov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nifrin
beddua