çıraq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çıraq
is. [fars.] Hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər, lampoçka və s.). [Molla:] Ay filankəs, gecənin bu vaxtında əlində çıraq orada nə gəzirsən? “M.N.lətif.”. [Yaşlı kişi:] Elektrik çıraqlarının keçirilməsi məni özümə gətirdi. S.Hüseyn. Küncdə yerə qoyulmuş çırağın piltəsi aşağı düşdüyündən sönük, sarı işığı alaçığı işıqlandıra bilmirdi. M.İbrahimov. // məc. İşıq, ziya, nur mənasında. Tutdu Yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu torpağı. M.Rahim. Onun ümid çırağıyla; Arayırdıq yolumuzu. R.Rza. ‣ Çırağı sönmək məc. – sonu çatmaq, məhv olmaq. Aradan keçdi illər; Çarın söndü çırağı. Ə.Cavad. Faşizmin çırağı sönərkən bir gün; Qol-boyun olaraq öpüşərik biz. S.Rüstəm. Çırağını yandıran – işini, nəslini davam etdirən. [Ziyad xan:] Öləndən sonra bizim çırağımızı yandıran olmayacaq. “Əsli və Kərəm”. Çıraq yanan vaxt – hava qaralan vaxt, axşamüstü. [Şəhrəbanu xanım:] Xülasə, axşam çıraq yanan vaxtda Məstəli şah gərək bizim evdə hazır olsun. M.F.Axundzadə. Çıraq sönən vaxt – yatmaq vaxtı, adamlar yatan vaxt. Çıraqla axtarsan, tapa bilməzsən – çox çətin tapılan, az ələ düşən şey haqqında. [Rüstəm bəy:] [Məşədi İbadın] hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraqla axtarsan, tapa bilməzsən. Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
çıraq
lampa
{lamba}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
çıraq
çıra, ışık