çökmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çökmək
f.
1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür. // Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.).
2. Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək. Dizi üstə çökmək. – İmamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi. S.S.Axundov. [Xan] sərsəm kimi, ayaqları dolaşa-dolaşa divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü. M.Rzaquluzadə.
3. Çulğalamaq, qaplamaq, bürümək, yayılıb tutmaq, basmaq. Dağlara, dərələrə duman çökdü. // Məc. mənada. Ürəyinə kədər çökmək. – İmran kişi aralığa çökmüş (f.sif.) ağır və cansıxan sükutun xeyli uzandığını görüb, idarə heyəti üzvlərinə ayrı-ayrılıqda müraciət elədi. M.Hüseyn. Çökdü gözlərinə bir qatı zülmət; Qırılıb yanına düşdü əlləri. M.Rahim.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
çökmək
enmək, yatmaq
{inmek, yatmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
çökmək
çökmek