sağlıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sağlıq
is.
1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. – Abır istəsən – çox demə; Sağlıq istəsən – çox yemə. (Ata. sözü). • Sağlıq olsa (olsun) – 1) salamatlıq arzusu bildirir; inşallah, Allah qoysa. [Qonaqlar:] İnşallah, sağlıq olsa gələrik... ancaq bir az yolumuz uzaqdır. E.Sultanov. [Sevil Balaşa:] Mən hər gün ürəyimi satacaq, beynimə yedirdəcəyəm, sağlıq olsun! C.Cabbarlı; 2) bəzən hədə mənasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir. Sağlıq olsun, səhər gərək onlara bir oyun tutaq ki, atalarının toyu yadlarına düşsün. Ə.Vəliyev. (Öz) sağlığında – yaşadığı zaman, yaşamaqda ikən, sağkən, diri ikən, diriliyində. Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı). Öz xələfin gərək gözləyə kişi; Sağlığında ola alışverişi. Q.Zakir. [Əmiraslan baba:] Oğul gərək nəinki öz sağlığında, hətta özündən sonra da ad-san qoysun. S.Rəhimov.
2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost. İdris onun sağlığına deyilən tostdan.. xəbərsiz yatırdı. Ə.Məmmədxanlı. • Sağlıq demək – məclisdə badələri müəyyən münasibətdə içməyi təklif etmək. Salman konyakın hamısını stəkana süzdü, sağlıq demədən başına çəkdi. M.İbrahimov. Həsrət ayaq üstə dayanıb bəylə gəlinin şərəfinə sağlıq deyirdi. B.Bayramov.
3. Sağlığın(ız) şəklində – birindən haləhval soruşduqda müsbət mənada cavab kimi işlənir. – Nə xəbər var, Məşədi? – Sağlığın! M.Ə.Sabir.
4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. Sağlığına, kefim kökdür. – [Bəbir bəy:] Bu saat, sağlığına, pristavın yanında bir sözüm iki deyil. Mir Cəlal. ‣ Sağlıqla qal(ın)! – bax. sağ ol(un) 2-ci mənada (“sağ2”da). Sağlıqla qal, əziz ana; Ölüm yoxdur qəhrəmana. N.Rəfibəyli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sağlıq
I. səhhət, cansağlığı
{sıhhat, dirilik}
II. həyat, varlıq, ömür, dirilik
{hayat, varlık, ömür, dirilik}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sağlıq
sağlık, tost