turklehceleri.org

rövzə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

rövzə

I. is. [ər.] din. Şiə imamlarının ölümü haqqında hekayə; mərsiyə. Mey gətir saqi, məni qurtar nəmazü rövzədən. Kişvəri. İyirmi beş gün tamamdır ki, bəstdə oturanlar gündüzlər rövzə və nitq söyləyirdilər. P.Makulu. // Bu cür hekayələr, mərsiyələr oxunulan yer, məclis. [Yaşlı kişi:] Mən günorta azanını gözləyirdim ki, qalxıb rövzəyə gedim. S.Hüseyn.

II. is. [ər.] klas.
1. Axar suyu, çəməni olan bağça (adətən “rövzeyi-gülşən”, “rövzeyi-kuy” və s. tərkib halında işlənir). Rövzeyi-kuyində gəzəndə əğyar; Çeşmim girdabında sellər dolanır. M.P.Vaqif.
2. məc. Behişt, cənnət. • Rövzeyi-rizvan – cənnət, behişt. Şikəstə qafiləm, ey şux nigarım! Rövzeyi-rizvanım hanı, görünməz. Aşıq İbrahim. Bizə öz yurdumuz əfsanə behiştdən xoşdur; Zahid öz rövzeyi-rizvanına çıxsın, getsin. Ə.Vahid.


Son arananlar: