mənasız
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mənasız
sif.
1. Mənası olmayan, heç bir məna daşımayan. [Cavanlar] ancaq axırıncı bir-iki mənasız sözü dəyişmədən təkrar edirdilər.. Ə.Əbülhəsən. Odur ki, mənasızdır, bil, verdiyin bu sual. Z.Xəlil.
2. Məzmunca əhəmiyyətsiz, məzmunsuz, mənadan məhrum. Mənasız roman. Mənasız şeir.
3. məc. Əqlə uyuşmayan, yersiz, boş, yaraşmayan; əbəs, bihudə. Nə deyim böylə bu mənasız işə. Ə.Cavad. İnsan olmasaydı hər çay, hər bulaq; Mənasız (z.) axardı, barsız, bəhərsiz. M.Dilbazi.
4. məc. Heç bir məna ifadə etməyən; küt. Mənasız nəzər.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mə’nasız
I. boş, əbəs, cefəng
{boş, anlamsız, saçma}
II. duzsuz, bayağı, şit
{gereksiz, bayağı, ciddiyetsiz}
III. düşüncəsiz, fərasətsiz
{düşüncesiz, bilinçsiz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mənasız
anlamsız, nafile, sudan