turklehceleri.org

ibarə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ibarə

is. [ər.]
1. Kəlam; iki və ya bir neçə kəlmədən ibarət tərkib. Gözlüyümü gözümə taxıb bir yerindən bu ibarəni çətinliklə oxuya bildim. C.Məmmədquluzadə. ..Bir parça əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır. F.Köçərli. Vəkilin hər sözü, hər ibarəsi; Bir tikan çıxarır onun qəlbindən. B.Vahabzadə.
2. Qəliz, təmtəraqlı, əksərən mənasız, boş söz, ifadə. İbarələr dolu kimi yağar onun ağzından; Otuz dəfə məhəbbətə düçar olmuş azından... S.Vurğun. Əhyələrdə gecə yarısı avam camaat məscidlərə dolub, mollanın ərəbcə dediyi anlaşılmaz ibarələrini dinlər, sonra hər kəs evinə qayıdardı. H.Sarabski. • İbarə satmaq – qəliz, təmtəraqlı danışmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ibarə

kəlam
{kelam}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ibarə

söz


Son arananlar: