turklehceleri.org

Çırtıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çırtıq

is.
1. Bir və iki əlin bir neçə barmağını (adətən orta barmaqları baş barmağa) zərblə bir-birinə vurub çırt səsi çıxarma; çırtmıq. Birdən çırtıq və oxumaq səsləri eşidildi. İ.Əfəndiyev. • Çırtıq vurmaq (çalmaq) – bir və ya iki əlin barmaqlarını birbirinə (adətən orta barmağı baş barmağa) vurmaqla səs çıxarmaq. Mərcan bəy acıqlıacıqlı çırtıq vurur. Ü.Hacıbəyov. [Şahmar:] Oğlan oturduğu yerdə çırtıq çalmağa başladı. B.Bayramov.
2. Bax çırtma1 2-ci mənada. • Çırtıq vurmaq – bax çırtma vurmaq 2-ci mənada (“çırtma1 ”da). ‣ Çırtıq vursan qanı tökülər (çıxar) – bax çırtma vursan qanı tökülər (çıxar) (“çırtma1 ”da). Pullu Məhərrəmin qızı Cavahirin də ki, çırtıq vursan qanı tökülər. “Aşıq Ələsgər”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çırtıq

şıqqıltı, çıqqıltı
{şıkırtı, çıtırtı}


Son arananlar: