turklehceleri.org

cərimə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cərimə

is. [ər.] Pulla ödənilən cəza növü. [Fəxrəddin:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır. M.S.Ordubadi. // Öhdəliyi yerinə yetirmədiyinə, qaydanı pozduğuna görə verilən cəza, yaxud alınan nəğd pul. Həcərin atası Mahmud bəyin yanına gəlir. Bu qədər cərimə verdikdən sonra Nəbini buraxdırır. “Qaçaq Nəbi”. [Hacı Fərəc:] ..İstəyirsənmi, müqaviləni pozub, səndən iki yüz manat cərimə alım, ha? N.Vəzirov. [Tahir:] Neçə həftədir bir yol da cərimə verməmişəm. M.Hüseyn. • Cəriməsini vermək – zərəri pulla ödəmək, pulla əvəzini vermək. [Ata:] Oğul, Rövşən, get buzov yiyəsini tap, buzovun cəriməsini ver, razı sal. “Koroğlu”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cərimə

I. günah, təqsir, cinayət
{günah, taksir, cinayet}

II. cəza, tənbeh
{ceza, tembih}


Son arananlar: