zərnişan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zərnişan
[fars.]
1. sif. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. Qövsi. Bir qoç igid bir meydanda tapılsa; Bəzənər o meydan, zərnişan olu. “Koroğlu”. Olub zərnişan tacla sərfəraz; Şəbistanə qoydu qədəm yari-naz. M.Ə.Sabir.
2. is. Zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. // Zər. [Qoca çoban Qumruya dedi:] Onun şəklini elə toxu ki, nə qardan, çovğundan, nə də yüz il keçəndən sonra vurduğun naxışların zərnişanı solmasın... Ə.Məmmədxanlı.
3. sif. Ümumiyyətlə bəzəkli. Yaşıl nimtənəli, gülgəz qəbalı; Başında dəstarı zərnişan Pəri! Aşıq Əmrah.