turklehceleri.org

şıltaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şıltaq

1. is. Mənasız tələb, iddia, arzu, istək. Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə. [Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn. // sif. Daim şıltaqlıq edən, şıltaqçı. Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. Ə.Əbülhəsən. // Ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. Şıltaq uşaq. // Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı. [Atabala] bu çocuğun nazını çəkir, hər şıltağına dözür. A.Şaiq. • Şıltaq etmək (eləmək) – 1) ağlamaqla narahatlığını bildirmək. Balaca uşaqlar gecə yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər. C.Məmmədquluzadə; 2) məc. Naz eləmək, özünü ərköyün kimi aparmaq. Qız çox şıltaq edəndə Bülənd ona nəsihət edərdi. Ə.Əbülhəsən.
2. sif. məc. Dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. Şıltaq dəniz. Şıltaq hava. – Necə sakitcə, baxır gör, necə şıltaq Xəzərim; Başqa aylardasa hər dalğası bir dağ Xəzərim. S.Rüstəm.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şıltaq

I. naz, kef
{naz, keyif}

II. oynaq, şux
{hareketli, şuh}

III. dəyişkən, qərarsız
{değişken, kararsız}

IV. dəcəl, nadinc, şit
{afacan, hareketli, çevik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şıltaq

şıltak, şımarıklık


Son arananlar: