turklehceleri.org

zəhm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zəhm

is. [fars. “səhm”dən]
1. Qorxu, vahimə, dəhşət; qorxu, vahimə, dəhşət doğuran hal, görünüş. Dəmirçioğlu baxdı ki, bu bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. Əlipaşanın zəhmi canına çökdü, səbr eləməyi məsləhət gördü. Mir Cəlal. • Zəhmi basmaq – qorxutmaq, bərk qorxuya salmaq, vahimələndirmək, dəhşətə gətirmək. Zəhmi yarılmaq – bərk qorxmaq, bağrı yarılmaq, dəhşətlənmək. Bəli, Məhəmməd də [devlərə] qoşuldu. Az zaman içində bu elə pəhlivan oldu ki, kimin meydanına girsəydi zəhmi yarılardı. (Nağıl).
2. Zəhmlə, zəhmilə şəklində – qəzəblə, hiddətlə, çox acıqlı bir halda. Cənab Bax Nemətin gözlərinə elə bir zəhmlə baxdı ki, tələbənin vücuduna titrətmə düşdü. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zəhm

qorxu, vahimə, dəhşət
{korku, kuruntu, panik}


Son arananlar: