zurna
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
zurna
и. сорнай
Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)
zurna
Türkiye Türkçesi: zurna
Azerbaycan Türkçesi: zurna
Başkurt Türkçesi: zurna hornay
Kazak Türkçesi: sırnay
Kırgız Türkçesi: surnay
Özbek Türkçesi: sürnäy
Tatar Türkçesi: sornay
Türkmen Türkçesi: surnay
Uygur Türkçesi: sürnäy
Rusça: zurna(duⱨovoy instrument)
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zurna
is. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq. – Birdən qulağıma zurna səsi gəldi. S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir. Ü.Hacıbəyov. [Gülyaz] ..ordlarını şişirdib zurnada ceyranı havası çalan çalğıçıların qarşısında məharətlə oynardı. M.Hüseyn. ‣ Zurna bağlamaq – dalca danışmaq, söz qoşmaq, böhtan atmaq. Zurna çalınmaq məc. – aləmə yayılmaq, söz-sov getmək, haqqında cürbəcür şayiələr yayılmaq. [Qaradonlu] bir-iki söz də səndən qopardacaq, onda görəcəksən ki, kəndin arasında zurna çalınır. İ.Hüseynov. Zurna çalmaq məc. – 1) vulq. boş, mənasız danışmaq, uzatmaq, baş-qulaq aparmaq; 2) şişirdərək aləmə yaymaq, şayiə yaymaq, aləmə car çəkmək. [Pullu Məhərrəm:] Qardaş, bu nə zurnadı camaat çalır? Aşıq Ələsgər. [Hacı Murad:] Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. S.S.Axundov. Zurnası sonraya qalıb – adətən pis nəticələnəcək, mənfi nəticələrə səbəb olacaq bir şey haqqında. Əlinə zurna vermək – yalan vədlər vermək. Zurnaya qoyub çalmaq – biabır eləmək, rüsvay eləmək, aləmə yaymaq.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zurna
zurna