turklehceleri.org

ziddiyyət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ziddiyyət

is. [ər.]
1. İki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Fikirlər arasında ziddiyyət. Əqli əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qaldırılması. – Cəlil Məmmədquluzadə varlığa realist münasibət bəsləyən, həyatı dərindən görən, onu ziddiyyətləri, çarpışmaları və rəzalətləri ilə dərk edən bir sənətkar idi. M.İbrahimov. // Uyğunsuzluq. Onun sözlərindəki məntiqsizlik, fikirlərindəki ziddiyyət .. haqqında olan fikrimi tamamilə dəyişdirmişdi. A.Şaiq. [Dilənçinin] təbii gözəlliyi ilə geydiyi paltar arasındakı ziddiyyət o qədər böyük idi ki, insan ona baxarkən palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq.
2. Öz keyfiyyətləri, xassələri etibarilə başqası ilə uyğun olmayan, düz gəlməyən. İri cüssəli və gur səsi etibarilə arvadı ilə tam bir ziddiyyət təşkil edən İsa ona məsləhət verirdi. Ə.Əbülhəsən.
3. Ədavət, düşmənçilik. Aralarında ziddiyyət var.
4. fəls. Təbiət və cəmiyyətin əşya və hadisələrinə daxilən xas olan əksliklər münasibəti; təzad. Sinfi ziddiyyətlər. Əmək ilə kapital arasında ziddiyyətlər.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ziddiyyət

I. uygunsuzluq, əksilik, fərq
{uygunsuzluk, aksilik, fark}

II. düşmənçilik, edavət
{düşmanlık, kin}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ziddiyyət

çatışma, çelişki


Son arananlar: