turklehceleri.org

zatən

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zatən

zərf [ər.]
1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq. Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə. Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn. Zatən Dilbər son zamanlar tez-tez xəstələnirdi. C.Cabbarlı.
2. ara söz mənasında. Daha doğrusu, əslinə baxanda, əslində. Zatən, o haqlıdır. Zatən, deyəcək sözüm də yoxdur. – Zeynal səbəbini söyləyə bilməyəcəkdi. Zatən, buna lüzum da yox idi. S.Hüseyn. Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı. Zatən də belə idi. T.Ş.Simurq. Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zatən

əslində, həqiqətdə
{aslında, hakikatte}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

zatən

zaten


Son arananlar: