turklehceleri.org

yaxınlıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yaxınlıq

is.
1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma. Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. // Yaxın yer, ətraf. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulunbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. İ.Əfəndiyev.
2. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. Qışın yaxınlığı. İmtahanların yaxınlığı.
3. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. İnsanlar arasında yaxınlıq. – [Müəllim və Tellinin] arasında ruhi bir yaxınlıq vardı. S.Hüseyn. Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca Gəldiyevdə intiqam hissi alovlanırdı. Mir Cəlal. • Yaxınlıq etmək – dostluq etmək, bir-birinə yaxın olmaq, yaxın əlaqə saxlamaq. Eldar [Ceyran] barəsində çox maraqlanır. Lakin yaxınlıq etməyə üzü gəlmir. S.Hüseyn. Qurban Mərəndi ilə [Firidun] bir daha yaxınlıq etmədi. M.İbrahimov.
4. Uyğunluq, oxşarlıq, bənzərlik. Tərcümənin orijinala yaxınlığı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yaxınlıq

I. uygunluq, oxşarlıq, bənzərlik
{uygunluk, yaklaşıklık, benzerlik}

II. yoldaşlıq, dostluq
{yoldaşlık, dostluk}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yaxınlıq

arkadaşlık, yakınlık


Son arananlar: