yastı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yastı
sif.
1. Səthi düz, üzərində girintiçıxıntı olmayan. Yastı tava daşı. Yastı təpə. Yastı yer. // Yatıq, batıq, basılmış kimi olan. Yastı döş. Yastı burun. – [Gülgəzin] qulaqlarındakı iri, yastı qızıl sırğalar ağacda yarpaq kimi titrəyirdi. İ.Hüseynov.
2. Çox qalın və ya hündür olmayan; alçaq. Yastı qutu. – Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı. Bu dağlar yastı dağlar; Qar üstün basdı, dağlar; Üç ay toylu, bayramlı; Doqquz ay yaslı dağlar. (Bayatı). yastı... – mürəkkəb sözlərin yastılıq mənasında olan birinci tərkib hissəsi; məs.: yastıburun, yastıdilli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yastı
I. yatıq, batıq
{yatık, batık}
II. alçaq
{alçak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yastı
yayvan