turklehceleri.org

yarpaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yarpaq

is.
1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür. – Evimiz hazırdır, bir bağ içində; Eyvanı yamyaşıl yarpaq içində. S.Vurğun. Ağacların bir yarpağı belə tərpənmirdi. M.Hüseyn. • Yarpaq açmaq – yarpaqlanmaq, yaşıllaşmaq. Şəhərin kənarında olan böyük bağçada, hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. C.Cabbarlı. Pəncərənin önündə bir ağac; Puçurladı, yarpaq açdı. N.Rəfibəyli. Yarpaq dolması – meynə yarpağına bükülüb bişirilən dolma. ..Boşqabın içində üstü qatıqlı dörd yarpaq dolması .. qoyulardı. H.Sarabski. Yusif yarpaq dolması ilə dolu boşqabı irəli çəkib yeməyə başladı. Ə.Vəliyev. Yarpaq (nanə yarpağı) kimi (tək) əsmək (titrəmək) – tir-tir əsmək (qorxudan, soyuqdan). Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Ə.Haqverdiyev.
2. Vərəq, səhifə. [Rza kişi] kağızdan bir yarpaq götürüb içinə çoxlu tənbəki tökdükdən sonra bükdü. Ə.Vəliyev. // Yarpağa oxşayan, yarpaq şəklində olan hər şey.
3. Bənd (şeirdə). [Rəsul:] Güloğlan, dörd yarpaq söz deyəcəyəm. Cavabın verə bilsən, mən buradan birbaş Təbrizə qayıdacağam. “Aşıq Qərib”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yarpaq

I. vərəq, səhifə
{varak, sayfa}

II. bənd
{bağ}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yarpaq

yaprak


Son arananlar: