turklehceleri.org

xətər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xətər

is. [ər.]
1. Təhlükə, qorxu. [Şah öz-özünə:] İndi bütün ümidim vəzirin fərasətinədir, yəqin keçəni görüb mənim xətərdə olduğumu anlar. Ü.Hacıbəyov.
2. Ziyan, zərər. [Həcər:] Ömrün uzun olsun, Qəhrəman qardaş; Xətər görməyəsən heç zaman, qardaş!.. S.Rüstəm. • Xətər dəymək (gəlmək, toxunmaq) – 1) ziyan dəymək, zərər dəymək. Güclü, doludan taxıla xeyli xətər toxundu. – Səlim bildi ki, belə ovçulardan bu quşlara bir xətər gəlməz. M.Rzaquluzadə. Nə qarajın qapısından asılan qıfıl sındırılıb, nə də maşının açar yerinə bir xətər dəyib. H.Seyidbəyli; 2) fəlakət, bədbəxtlik üz vermək; fəlakətə, faciəyə uğramaq, ziyan dəymək. Mən misal üçün deyirəm ki, iki-üç günlüyə göz-qulaq olaq ki, uşaqlara bir xətər toxunmasın. S.Rəhimov. [Şeyx Amiri qullara:] Dərhal oğlumun izinə düşüb səhraya gedin! Dalınca gəzin, keşiyin çəkin, ona bir xətər dəyməsin. Ə.Məmmədxanlı. Xətər vurmaq – qəsd etmək, ziyan vurmaq; öldürmək. [Qarı Nurəli xana:] İndi sənə bir yağı göz dikibdir, .. xətər vurmaq istəyir. Çəmənzəminli. Xətər yetirən – toxunan, təhqir edən. Qayınata isə arvadı ilə namusa xətər yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. Çəmənzəminli. Xətər yetirmək – zərər yetirmək, fəlakətə uğratmaq, canına qəsd etmək; vurmaq, yaralamaq. [Eyvaz dəlilərə:] Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər. “Koroğlu”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xətər

I. təhlükə, qorxu, hedə, xata
{tehlike, korku, çekince, hata}

II. zərər, ziyan
{zarar, ziyan}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xətər

risk


Son arananlar: