turklehceleri.org

xoşbəxt

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xoşbəxt

sif. [fars.] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən. S.S.Axundov. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt. C.Cabbarlı. Dünyada sanardım əbədi ömrümü xoşbəxt; Öpsəydim əgər bir də mübarək qədəmindən. Ə.Vahid. // Bəxti gətirən, uğurlu. Xoşbəxt oyunçu. Xoşbəxt adamdır. // Məsud, bəxtəvər, səadətli. [Xaqani:] Mən sənin eşqinlə qanadlanıram; Səninlə özümü xoşbəxt sanıram. M.Rahim • Xoşbəxt etmək – xoşbəxtliyə, səadətə çatdırmaq, səadət vermək, məsud eləmək. Uşaqlarını xoşbəxt eləmək. – [Lütfəli:] Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt elə. İ.Musabəyov. [Muxtar Firəngizə:] Mən heç güman eləmirəm ki, .. böyük vəzifədə olan arvad ərini xoşbəxt eləyə bilsin. B.Bayramov. • Xoşbəxt olmaq – istəyinə çatmaq, arzusu yerinə yetmək, məsud olmaq, ürəyində nisgil qalmamaq. Xoşbəxt ol (olsun, olsunlar) – xoşbəxtlik, səadət arzusu bildirir. [Bəhram:] Sara üçün də bir yaxşı ər tapmağa səy edərəm ki, o da xoşbəxt olsun. C.Cabbarlı. [Vaqif:] Allah başa versin, xoşbəxt olun siz! Belə, kəklik kimi cüt gəzəsiniz. S.Vurğun. [Ana:] Hamının yanında qızlarımı təriflədi: – Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar! M.Hüseyn. Allah xoşbəxt eləsin! – səadət, xoşbəxtlik arzusu. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev. [Səlim qızına:] Get, qızım, Allah səni xoşbəxt eləsin. C.Cabbarlı.
2. Xoş, uğurlu. [Dürrətülbağdad:] ..Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm. M.S.Ordubadi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xoşbəxt

bəxtəvər, bəxtiyar, məmnun, məs’ud, şad
{şanslı, bahtiyar, memnun, mesut, şad}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xoşbəxt

kutlu, mutlu


Son arananlar: