yaylıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yaylıq
I. sif. Yay fəslinə aid olan, yaya məxsus, yay üçün ayrılmış (hazırlanmış). Yaylıq paltar. – [Bəbir bəy] qalxıb Məşədi Cahangirə bir boşqab yaylıq üzüm gətirdi. Mir Cəlal.
II. is. Üçkünc və ya dördkünc parçadan ibarət qadın baş örtüsü. Yaylığı başına örtmək. Başında yaylıq. Başını yaylıqla sarımaq. – [Xırdaxanım:] Pəri, otaqda .. bir yaylıq var, ört başına, onu sənə bağışladım. N.Vəzirov. [Qadın] başından nimdaş yaylığını da çıxarıb körpəni bürüyür. Ə.Məmmədxanlı. // Burun, üz, tər silmək üçün dördkünc parça. İpək yaylıq. Burun yaylığı. – Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. (Bayatı). Hə, .. bölükdən xoşun gəldimi? – deyə, kapitan yaylıqla alnının tərini sildi. Ə.Əbülhəsən.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yaylıq
dəsmal
{mendil}