turklehceleri.org

xarakter

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xarakter

I. [yun.]
1. bax. xasiyyət. Zeynalda xudkam bir sənətkar xarakteri vardı. S.Hüseyn. Mahnı xalqın milli xarakterini canlı surətdə ifadə edən böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.
2. ədəb. inc. Tip, surət, obraz. M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov.
3. Mahiyyət, keyfiyyət, xüsusiyyət. Yer səthinin xarakteri.
4. Xaraktercə şəklində – xarakterinə görə; xasiyyətinə görə, mahiyyətinə görə; xasiyyətcə, mahiyyətcə. “Atabəylər” dramında gərgin hadisələrlə yanaşı, xaraktercə bir-birinə zidd olan obrazlar da nəzəri cəlb edir. M.İbrahimov.

II. (=xarakterik) sif. [yun.] bax. səciyyəvi. Xarakterik cəhət. – Qlier Azərbaycan mövzusunda [“Şahsənəm”] opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün xarakterik xüsusiyyətlərini öyrənə bilməmişdir. Ü.Hacıbəyov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xarakter

huy, karakter, mizaç

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

xarakter

(Russian) character.


Son arananlar: