müqayisə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müqayisə
is. [ər.] Oxşar və fərqli cəhətlərini, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün qarşılaşdırma, tutuşdurma. [Şərəfoğlu Rüstəmə:] Sən .. özün də bilirsən ki, bu müqayisə heç şeyə dəyməz. M.İbrahimov. Ustanın müqayisəsi də qəribə idi: qızılgül və ekskavator təknəsi. Ə.Sadıq. • Müqayisə etmək – oxşar və fərqli cəhətlərini, yaxud bir şeyin o biri şeydən üstünlüyünü müəyyən etmək üçün onları qarşılaşdırmaq, tutuşdurmaq. Gülşən anası ilə qonşularını, müqayisə etmək istədi. Ə.Vəliyev. ‣ Müqayisə dərəcəsi qram. – əşyanın əlamət və ya keyfiyyətinin az və ya çox olduğunu bildirən və sifəti başqa nitq hissələrindən fərqləndirən xüsusiyyət.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müqayisə
tutuşdurma, qarşılaşdırma
{mukayese, karşılaştırma}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müqayisə
karşılaştırma, kıyas, mukayese