turklehceleri.org

xanə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xanə

is. [fars.]
1. Ev, məskən. ..Rəşid Abxazlı yedəyində kəhər at dar və qorxulu cığırla dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. F.Köçərli. [Qurban Fərruxa:] Bir uşaq göndərib bu qəfil gülləni öz xanəmdə, əhli-əyalımın yanında da sinəmə vura bilərdin. Ə.Vəliyev.
2. mus. bax. takt. Musiqi əsərlərindəki ağır və yüngül səslərin ardıcıl və müntəzəm surətdə təkrar edilməsi musiqinin bərabər ölçülü ayrı-ayrı taktlara (xanələrə) bölünməsini əmələ gətirir. Ə.Bədəlbəyli. ..Sədəf bu dəfə də mülayim və mehriban bir səslə şagirdinin səhvlərini göstərir, o istədiyi kimi çalmayınca yeni xanəyə keçmirdi. M.Hüseyn.


Son arananlar: