vəssəlam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vəssəlam
[ər.] Sözün qısası, məsələ bitdi, iş qurtardı, bu qədər. Bəli, sözümüz oradadır ki, pişik ilə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, – qat dağarcığa, ağzını bağla, vəssəlam! C.Məmmədquluzadə. [Durna:] Bir atışma başlandı. Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam!.. C.Cabbarlı. [Ülfət:] Nə olsun, – demişdi, – qız xoşuna gəlib, vəssəlam! Mir Cəlal. // Eyni mənada canlı dildə bəzən vəssəlam, şüd tamam şəklində işlənir. [Səfər bəy:] Mənim adım bəydir, vəssəlam, şüd tamam! Daha artıq danışma. B.Talıblı.