vəsait
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vəsait
is. [ər. “vasitə” söz. cəmi]
1. bax. vasitə 2-ci mənada. // Ləvazimat. İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal.
2. Pul, kredit. Maliyyə vəsaiti. Maddi vəsait. İnşaat üçün vəsait buraxmaq. Ayrılmış vəsaitdən bütünlüklə istifadə etmək.
3. Ehtiyat qüvvələri. Ölkəmiz tükənməz vəsaitə malikdir.
4. Dərslikdən əlavə tədris üçün lazım olan kitab və s. Tədris vəsaiti. Bu kitab nə dərslikdir və nə də öz-özünə öyrənənlər üçün tədris vəsaiti.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vəsait
I. ləvazimat
{levazımat}
II. pul, kredit
{para, kredi}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vəsait
gereç