durulmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
durulmaq
f.
1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur. – Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı). Boz səhralar çiçək açır, sular durulur; Dağlar üstə dağlar qoyur insan hünəri. S.Vurğun.
2. Axıcı hala düşmək, sıyıqlaşmaq. Bəkməz isinəndə durulur. Mum əriyəndə durulur.
3. məc. Aydınlaşmaq, açılmaq. Hava durulur. – Gecə yarı günəş doğur.. zülmət durulur. S.Vurğun. Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. Mir Cəlal.
4. məc. dan. Açılışmaq, halı yaxşılaşmaq, rəngi açılmaq. – Gəl əyləş, mey içək, keflər durulsun; Koroğlu çağırır dövrana səni. “Koroğlu”.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
durulmaq
I. sıyıqlaşmaq
{sıvılaşmak}
II. aydınlaşmaq, açılmaq
{aydınlamak, açılmak}
III. saflaşmaq, şəffaflaşmaq
{saflaşmak, durulmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
durulmaq
durulmak