vəhşi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vəhşi
sif.
1. İbtidai halda olan, ibtidai mədəniyyət pilləsində olan; ibtidai. Vəhşi tayfalar. İnsanlar vəhşi halında yaşadıqları zaman. – [Skif tayfası] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idi. A.Bakıxanov. // İs. mənasında. [3-cü cəngavər:] Anasının namusunu ləkələmək istəyən vəhşilərdən dörd nəfərini vurub yerə sərdi. M.Hüseyn.
2. Heyvan və quşlar haqqında: insanlara öyrənməmiş, ələ öyrənməmiş, çöldə sərbəst yaşayan. Vəhşi pişik. Vəhşi ördək. Vəhşi öküz. – Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikanın bütün meşələrində çoxlu ayı, canavar, tülkü və Sibir samuru vardır. M.Qaşqay. // İs. mənasında. Vəhşi heyvan. Musiqi daşları gətirir dilə; Ram olur səsinə vəhşilər belə. S.Vurğun.
3. Yabanı, öz-özünə çöllərdə bitən. Göyərən vəhşi güllər; Çığıran arzum kimi... Necə belini bükdü; Ocağını qaraltdı. B.Vahabzadə.
4. məc. Adamdanqaçan, adamayovuşmaz, ürkək, utancaq. Vəhşi uşaq. Bu qız lap vəhşidir ki.
5. məc. Adamsız, insansız, tənha; insan ayağı dəyməmiş, məskun olmayan. Vəhşi çöllər. // Qorxunc, vəhşətli, heybətli. Vəhşi qayalar. – Bu vəhşi ormandan uçmaq dilərdin; Bu qara zindandan qaçmaq dilərdin. M.Müşfiq.
6. Azğın, qudurmuş, qaba, tərbiyəsiz. Vəhşi hərəkət. – [Əbülhəsən bəy:] Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi. M.S.Ordubadi. // Önüalınmaz, azğın, qızmış, coşmuş. Mübaşir Məmməd vəhşi ehtirasla yanan gözlərini bir də Gülzara tərəf çevirdi.. M.İbrahimov. // Qeyri-mədəni, mədəni cəmiyyətə yaraşmayan, mədəniyyətə yaraşmayan, mədəniyyətə zidd olan. “Molla Nəsrəddi”nin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır. C.Məmmədquluzadə. İnqilabdan əvvəl vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov. [Zeynal] qızmış vəhşi bir baxışla Mehribana tərəf yürüdü. S.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vəhşi
I. ibtidai
{ilkel}
II. yabanı, cır
{yabani, yaban}
III. azgın, qaba, tərbiyəsiz, qudurgan
{azgın, kaba, terbiyesiz, kudurgan}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vəhşi
vahşi