udqunmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
udqunmaq
f.
1. Reflektiv (qeyri-ixtiyari) olaraq boğazında, burnunda əmələ gələn seliyi udmaq, boğazı sanki bir şeyi udur kimi hərəkət etmək.
2. Sözünü deyə bilməmək, deməyə söz tapmamaq, sözü boğazında qalmaq, tutulmaq. [Zərifə] tez udqundu, yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi. T.Ş.Simurq. Kamal udqundu, duruxdu, tutuldu, düşündü. C.Cabbarlı. Bəhram udqundu, bir neçə saniyə cavab vermədi. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
udqunmaq
duruxmaq, tutulmaq, hıqqanmaq
{düşünmek, tutulmak, darılmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
udqunmaq
yutkunmak