təsərrüfat.
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təsərrüfat
is. [ər.]
1. iqt. Hər hansı bir ictimai quruluşun istehsal üsulu, istehsal münasibətlərinin məcmusu. Kapitalist təsərrüfatı. Natural təsərrüfat. Sadə əmtəə təsərrüfatı. Kapitalist təsərrüfat sistemi.
2. İstehsala xidmət edən, istehsalı təşkil edən, onun üçün olan hər şey; iqtisadiyyat. Xalq təsərrüfatı.
3. İstehsalın hər hansı bir sahəsi, habelə hər hansı istehsal vahidi. Şəhər təsərrüfatı. Meşə təsərrüfatı. – Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı. M.S.Ordubadi. // Hər hansı istehsala və ya istehsal vahidinə aid olan avadanlıq, inventar, tikili və s. Kolxoz təsərrüfatı. Yol təsərrüfatı. // Kənd təsərrüfatının, alətləri, istehsal vasitələri, əkin yerləri, heyvanları və s. olan istehsal vahidi. Xırda kəndli təsərrüfatı.
4. Məişət və ev ehtiyaclarını təmin etmək üçün lazım olan vəsaitin məcmusu. Tamaşa bütün ailəsini kənddən, təsərrüfatdan ayıraraq stansiyaya, rayon mərkəzinə gətirmişdi. Ə.Əbülhəsən. [Cəlalın atası] ..kiçik bir təsərrüfat düzəldə bilmişdi. S.Vəliyev. // İdarədə, müəssisədə və s.-də lazım olan şeylərin məcmusu. Təsərrüfat şöbəsi. Direktorun təsərrüfat üzrə müavini. – Təsərrüfat müdiri lampanı rəfdən götürüb ortalığa gətirdi və kibriti Rəhimə verdi. Ə.Sadıq.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təsərrüfat
çiftlik