tərlan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tərlan
is.
1. zool. Güclü dimdiyi və uzun qanadları olan yırtıcı quş. Bir yanında tərlanlar, dumanlı dağlar; Bir yanda kəkliklər, ayna bulaqlar. M.Müşfiq. // məc. Obrazlı təşbehlərdə. Doğrudan da getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov. [Natiq:] Ancaq heç biri mənim könlümün tərlanını ovlaya bilməz. B.Bayramov.
2. məc. Qoçaq, igid, zirək, qəşəng mənasında. Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm. “Koroğlu”. Əjdər o tərlanı basdı bağrına; Qadın tək ağlamaq gəldi arına. H.K.Sanılı. // məc. Obrazlı təşbehlərdə qoçaq təyyarəçilərə verilən ad. Uçun, tərlanlarım! Öpürəm sizi; Qəlbimdə döyünən saf qəlbinizi. S.Vurğun.