turklehceleri.org

yanınca

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yanınca

zərf
1. Öz yanı ilə, yanında, özü ilə bərabər. Oğlunu yanınca aparmaq. – Həmin vəkillər yanlarıyca uzun-uzadı ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə.
2. Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana. Yanınca getmək. Yanınca qaçmaq. – Mən aşiqəm narınca; Gül əkdim kənarınca; Sonam sallandı, gəldi; Laçın da bir yanınca. (Bayatı). At çox dincdir. Adamyıxan deyil, [Nurəddin] yavaş-yavaş faytonun yanınca sürər. S.S.Axundov.
3. ...boyu, ...boyunca. Sahil yanınca. Divar yanınca.


Son arananlar: