tələb
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tələb
is. [ər.]
1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir? – Teymurun yalvarışları da, tələbi də, təhdidi də nəticəsiz qaldı. M.Hüseyn. • Tələb etmək – 1) bir şeyi israrla, qəti şəkildə istəmək, xahiş və ya təklif etmək. Vəsiqəsini tələb etmək. Haqqını tələb etmək. İşsizliyin ləğv edilməsini tələb etmək. – ..Hökumət və partiya hər kəsdən öz vəzifəsini düzgün yerinə yetirməyi tələb edir. Ə.Sadıq; // gözləmək, ummaq. Ondan nə tələb etmək olar? 2) bir şeyə ehtiyacı olmaq; istəmək. Köhnəlmiş bina əsaslı təmir tələb edir. Bu iş çoxlu vəsait tələb edir. Quru torpaq bollu su tələb edir; 3) bir yerə gəlməyi təklif və ya məcbur etmək; çağırmaq. Onu polis idarəsi tələb edir.
2. Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. Tətilçilərin tələbi. – [Xanlar:] İndi pul davası aparmırıq biz; İndi çox böyükdür tələblərimiz. S.Vurğun. [Ataş:] Tələblərimizə əməl olunmayınca sözümüzdən dönməyəcəyik! Ə.Vəliyev.
3. Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər. Ali məktəbə girmək üçün tələblər. Müasir tələblərə cavab vermək.
4. Ancaq cəm şəklində: tələblər – tələbat, ehtiyac. Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri. – Vəkil də bütün tələbləri ödəyir, kisə-kisə əşrəfi xərcləyirdi. Çəmənzəminli. Kolxozlarımız varlandıqca kəndlinin mədəni tələbləri də çoxalır. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tələb
I. istək, arzu
{istek, arzu}
II. soruşma
{sorma}
III. ehtiyac
{ihtiyaç}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tələb
talep