turklehceleri.org

tədqiq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tədqiq

is. [ər.]
1. Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Torpağın tədqiqi. Arktikanın tədqiqi. Atom enerjisindən istifadə sahəsində tədqiq. • Tədqiq etmək – 1) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq. [Nərgiz:] Tapılan şeyləri biz yuxarı göndəririk, orada alimlər tədqiq edirlər. B.Bayramov; 2) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək. Mərdan .. yarımişıq otaqda çocuğun üzünü tədqiq etməyə başladı, özünə bənzər cəhətlər aradı. Çəmənzəminli.
2. Cəm şəklində tədqiqlər – elmi əsər(lər), tədqiqat əsər(lər)i. Azərbaycan dili tarixinə aid tədqiqlər.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tədqiq

araşdırma, öyrənmə
{araştırma, öğrenme}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tədqiq

tetkik


Son arananlar: