turklehceleri.org

tuluq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tuluq

is.
1. İçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış bütöv qoyun və ya keçi dərisi. Çoban qarşılayır bizi xoşsifət; Tuluqdan süd tökür: Buyurun, – deyir. S.Vurğun. [Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev.
2. bax. dol. Mahmudun çox yaxşı yadındadır ki, o, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkərdi. Y.Əzimzadə.
3. köhn. Bir tuluq tutan qədər maye ölçüsü. [Zümrüd Məlikməmmədə:] Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən. Çəmənzəminli. [Həsənov:] Deyirlər ki, .. fermaya get, bir tuluq yağdan, pendirdən götürmə.. M.İbrahimov. ‣ Zəhər tuluğu – çox acıdil adam haqqında işlədilir. Şişib tuluğa dönmək – 1) çox şişmək; 2) həddən artıq kökəlmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tuluq

tulum

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

tuluq

Döven. Tuluq tepmek – Döven sürmek.


Son arananlar: