qurşamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qurşamaq
f.
1. Belinə bağlamaq. Koroğlu qılıncını qurşadı, .. tərlan kimi Qıratın belinə sıçradı. “Koroğlu”. Əcəb qurşayıbdır incə belinə; Gümüş kəmər qəddi-dala yaraşır. Aşıq Ələsgər. Səsimə səs versin bütün ölkələr; Qoy qılınc qurşasın müstəmləkələr. S.Vurğun.
2. məc. Dolamaq, ələ salmaq, araya qoymaq, oynatmaq. İstəyirlər özək katibini heçə döndərib, Xədicə Soltanı qurşasınlar. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qurşamaq
dolamaq, bağlamaq
{dolamak, bağlamak}