turklehceleri.org

qüvvət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qüvvət

1. bax. qüvvə. O köpüyü ki, sən içdin, ondan sənin qollarına qüvvət, özünə də şairlik verildi. “Koroğlu”. Hünərim, qüvvətim bitməz, tükənməz! Qanadlı bir şahin yerdə görünməz. A.Şaiq. • Qüvvət almaq – qüvvətlənmək, güclənmək, ürəklənmək, ruhlanmaq. Bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı. M.S.Ordubadi. Qüvvət alıb, ilham alıb; Yurd salmışam dağlarda mən. S.Vurğun. Qüvvət vermək – 1) qüvvətini, mətanətini, təsirini artırmaq; qüvvətləndirmək, gücləndirmək, ruhlandırmaq; 2) təsdiq etmək, şərik olmaq, müdafiə etmək. Mürşüdoğlu dəxi həkimin sözünə qüvvət verdi. S.Rəhimov.
2. riyaz. Bir ədədin neçə kərə öz misli ilə vurulduğunu göstərən rəqəm.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qüvvət

bax: qüvvə
{bkz. qüvvə}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qüvvət

güç, hâl, kuvvet, mecal


Son arananlar: