turklehceleri.org

torpaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

torpaq

is.
1. Planetimizin bitki aləminin inkişaf etdiyi üst qatı. Yer qabığının istilik, rütubət, hava və orqanizmlərin fəaliyyəti təsiri altında dəyişmiş üst qatı torpaq adlanır. “Ümumi fiziki coğrafiya”. // Yer qabığının tərkibinə daxil olan yumşaq, dənəvər, tündqonur rəngli maddə. Qumlu torpaq. Torpaq yığını. Meşə torpağı. Torpağın məhsuldarlığını artırmaq. – Gözlər qır rəngli torpağa dirənir. M.İbrahimov. // Torpaqdan olan, torpaqdan düzəldilmiş və ya tikilmiş, döşəməsi quru torpaqdan ibarət olan. Torpaq yol. – Hənifə balağı haşiyəli tumanı ilə torpaq döşəməni süpürə-süpürə eşiyə yüyürdü. İ.Hüseynov.
2. Birinin ixtiyarında, istifadəsində olan yer, ərazi, sahə. Mülkədar torpaqları. – Çox adamın inanmağı gəlmirdi ki, lütün birinə pulsuz-parasız torpaq verələr. Mir Cəlal.
3. Yer (göy qarşılığı). Səmada, torpaqda düşür qırhaqır, Yerdən alov yağır, göydən od yağır. M.Rahim.
4. Toz-torpaq. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.
5. Dövlət, məmləkət, ölkə. Faşistlərin yuqoslav torpağına hücum etməsi çox oğulları öz yurdundan, ailəsindən ayırdı. S.Vəliyev.
6. məc. Vətən, yurd, el. Torpağına girsə düşman; Köksün olsun süngü, qalxan!.. A.Şaiq. Torpağın eşqilə vurur ürəyi; Vətənə bağlıdır qəlbi, diləyi. M.Rahim. ‣ Torpağa düşmək köhn. – qabağında diz çökmək, ayağına yıxılmaq. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir. [Gültəkin:] Dövlət bəy, aciz bir qadın kimi diz üstündə torpağa düşüb sizə yalvarıram. Məndən uzaqlaşın. C.Cabbarlı. Torpağa getmək – ölmək, vəfat etmək. Qəflətən Möhsün müəllim xəstələndi və gözlənilmədən bu pak insan torpağa getdi. S.Rəhimov. Torpağa (qara torpaqlara) tapşırmaq (gömmək) – bax. torpağa təslim etmək. [Musa:] Bir dənəcik yavrumu, vərəmli qardaşımı .. bu tək əlimlə qara torpaqlara gömdüm. H.Cavid. Torpağa təslim etmək tənt. – basdırmaq, dəfn etmək. Pərini torpağa təslim edəndən sonra bütün oba... ovçunu da laləli dərənin kənarına qədər ötürdü. Ə.Məmmədxanlı. Torpağı qədər (sanı) yaşasın (yaşayasan) – ölü haqqında danışarkən qarşısındakı adama uzun ömür arzulamaq mənasında işlənir. Məmmədcəfər də bəzi işlərində (torpağı sanı yaşayasınız) rəhmətlik dayısı Hacı Səttar bəyə çox oxşayır. Qantəmir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

torpaq

I. yer
{yer}

II. ölkə, məmləkət, ərazi
{ülke, memleket, arazi}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

torpaq

kara, toprak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

torpaq

I bk. tupraq.
II bk. topa.


Son arananlar: