turklehceleri.org

ovmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ovmaq

I. f.
1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. Maxorkanı ovmaq. – Xalıqverdi kişi köhnə məndulə kisədən tənbəki çıxarıb ovcunda ovdu. Ə.Vəliyev.
2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza. On-on beş metr uzunluğunda güclü su şırnağı .. dağı ovub dağıdırdı. Ə.Sadıq.
3. Dəlmək, qazımaq. Dağların içini ovaraq bu tuneli açmışlar. M.İbrahimov. // Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək. O sənin yazdığını; Ovub tökdü bıçaqla. Z.Xəlil.
4. məc. Əzişdirmək, əzmək, əziyyət vermək. Həyat [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. M.İbrahimov.

II. bax. ovuşdurmaq. [Camadar] başladı mənim canımı ovmağa, sora da kisələməyə. C.Məmmədquluzadə. ..Səriyyə gözlərini ovub ətrafa baxdı.. M.İbrahimov. ‣ Burnunu ovmaq – bax. burun.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ovmaq

I. doğramaq, narınlamaq, xırdalamaq
{doğramak, parçalamak, kısaltmak}

II. sürtmək, ovxalamaq
{sürtmek, ovalamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ovmaq

ovmak


Son arananlar: