tappıltı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tappıltı
təql.
1. Hərəkət edən insan və ya heyvanın ayağının yerə dəyməsi nəticəsində çıxan səs. [Zeynal] bir qədər sonra qapı arxasında ayaq tappıltısı duydu. S.Hüseyn. Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. M.Hüseyn.
2. Bir şeyin düşməsindən və ya başqa bir şeyə dəyməsindən hasil olan qısa qırıq səs və ya dalbadal eşidilən belə səslər. Yaşıl qapı açılıb tappıltı ilə divara dəydi. H.Seyidbəyli. [Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb, tappıltı ilə yanına düşdü. İ.Hüseynov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
tappıltı
guppultu, şaqqıltı
{gürültü, şakırtı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tappıltı
takırtı