turklehceleri.org

tapmaca

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tapmaca

is.
1. Hər hansı bir şeyi və ya hadisəni bənzətmə yolu ilə, qəsdən üstüörtülü şəkildə təsvir edən yığcam məcazi ifadədən ibarət müəmma (şifahi xalq ədəbiyyatı növlərindən biri). Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışar, çox qəribə tapmacalar deyərdi. A.Şaiq.
2. məc. Aydın olmayan və ya qeyrimüəyyən, üstüörtülü söz, məsələ, danışıq; müəmma. Bu məsələ mənim üçün bir tapmacadır. – [Cəbrayıl Firəngizə:] Mənim heç uşaqlıqdan tapmaca ilə aram olmayıb. B.Bayramov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tapmaca

bilmece


Son arananlar: