tale
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
tale
is. [ər.]
1. Bəxt, qismət. [Nazlı:] Heç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? H.Cavid. [Kiçikbəyimin] taleyə boyun əyməkdən başqa çarəsi yox idi. Çəmənzəminli.
2. Müqəddərat, gələcək, iqbal. Biçarə ana ölümünü deyil, əziz .. balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. C.Cabbarlı. ‣ Tale ulduzu – bax. bəxt ulduzu (“bəxt”də). Tale (taleyi) üz çevirmək – uğursuzluğa uğramaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlanmaq. Yoxsa tale Salatından üz çevirmişdi? Ə.Məmmədxanlı. Taleyi gətirmək (açılmaq) – bəxti gətirmək. [Əhməd:] Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var. Daha taleyimiz bu almaynan açılacaq. (Nağıl). Taleyi gülmək (gülümsəmək, üzünə gülmək) – bəxti gətirmək, işi düz gətirmək. Rəsmi bir yığıncaqda Tükəzban xalanın taleyi üzünə güldü və bir səslə birinci qadınlar qurultayına nümayəndə seçildi. B.Talıblı. Demək, [Aslanın] taleyi gülməyəcəkmiş! Aslan xoşbəxt deyilmiş! S.Vəliyev. Taleyindən (taleyə) küsmək – öz bəxtindən küsmək, təqsir özündə olmaq. Taleyini... bağlamaq – gələcəyini, müqəddəratını birinə, ya bir şeyə, hadisəyə bağlamaq, özünü bir şeyə həsr etmək. Taleyini kor qoymaq – təqsir özündə olmaq, öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq. [Ayaz:] Sən öz taleyini kor qoydun, ona mən neyləyim, – deyə, cavab verdi. A.Şaiq.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
tale
baht, kader, yazgı
İngilizce—Türkçe Sözlük (FreeDict, 2017)
tale /sˈʌbsəʊlə/
1. hikaye, masal
2. dedikodu
3. yalan
4. (eski) sayı, toplam. tell tales dedikodu çıkarmak.
İngilizce—Türkçe Sözlük (Anonim)
tale
hikâye
nağıl
ertek
masal
palavra
yalan
martaval
dedikodu