səmum
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
səmum
is. [ər.] Asiya və Afrika səhralarında əsən çox şiddətli, isti və quru külək. // Ümumiyyətlə, şiddətli, isti külək. Deyirlər: çox güclü və dəhşətli olur, səmum küləkləri. O.Sarıvəlli. Səmum yeli gəlir, aman; Yaz çıxmamış isti yayı, görəcəkdir qoca Muğan. M.Dilbazi. // Məc. mənada. Olur qarşısında polad mum kimi; Güllələr yağdırır yada qum kimi; Əsir başı üstə bir səmum kimi. S.Rüstəm. Hansı dərddir səmum olub, qəlb evində hey əsən? Ə.Cəmil.