turklehceleri.org

natəmiz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

natəmiz

sif. və zərf [fars. na... və ər. təmyiz-dən]
1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer. – Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. S.S.Axundov.
2. məc. Qəlbiqara, qeyri-səmimi, xain ürəkli. Ürəkdən natəmiz və bic adamlar nə qədər küt və biliksiz olsa, bəşəriyyət üçün o qədər faydalıdır. M.İbrahimov.
3. məc. Məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən; əliəyri, əli təmiz olmayan. [Nəcəfalı:] Şahmar deyəndə ki, Hümmət natəmiz adamdır, inanmırdım, şübhə eləyirdim. B.Bayramov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

natəmiz

çirkli, kirli, zibilli, səliqəsiz, pinti
{pasaklı, kirli, çöplü, dağınık, pis}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

natəmiz

gayrisıhhi, kirloz


Son arananlar: