turklehceleri.org

zehin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zehin

is. [ər.]
1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var. Onun heç zehni yoxdur. – [Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizə və fərasətinizə! M.F.Axundzadə. // Hafizə, yaddaş, xatir. Zehnində qalmamaq. İyirmi il əvvəl oxuduqlarım indi də zehnimdədir. – Qocanın dediyi sözlər Şiraslanın zehnində nəqşləndi. S.Rəhimov. Ağabala təkrar uşağın zehnini yoxlamaq istədi. Mir Cəlal.
2. Fikir, xəyal. Zehnini məşğul edən sözləri babasına deyə bildiyi üçün sevindi, yüngüllük duydu. Mir Cəlal. Nədənsə o zaman mənim zehnimi bir şey məşğul etmişdi: “O kişi sizin nəyinizdir və yaxud siz onun nəyi ola bilərsiniz?” S.Hüseyn. • Zehni açılmaq – fikirləşmək, düşünmək qabiliyyəti bərpa olmaq, yaxşılaşmaq, başında yüngüllük hiss etmək. ..Üzümü yudum, bir qədər zehnim açıldı. C.Məmmədquluzadə. Zehni qaralmaq – fikrini bir yerə toplaya bilməmək; düşünmək, fikirləşmək qabiliyyətini itirmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

zehin

dimağ, zihin

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

zehin

[zehi:n], at. Bir zada akyl ýetirmek üçin adamda bar bolan tebigy ukyp.


Son arananlar: