turklehceleri.org

səcdə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

səcdə

is. [ər.] din. Namazda alını möhürə söykəyib, Quranın bəzi ayələrini oxuyarkən alnını ona söykəyib dua oxuma. Məhəmmədhəsən əmi səbir eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. C.Məmmədquluzadə. • Səcdə etmək (qılmaq) – qabağında baş əymək, təzim etmək. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Qəmgin idim, sizi görüb gülərəm; Qiblədir qaşların, səcdə qılaram. Aşıq Ələsgər. [Hüseyn:] Nə zaman, harada əmr etsəniz, önünüzdə səcdə etməyə hazıram. S.Rəhman. Səcdəyə düşmək (getmək) – bax. səcdə etmək. Düşüb səcdəyə cümlə ixlas ilə; Niyaz etdilər niyyəti-xas ilə. M.Ə.Sabir. [Murad bəy] ..damağında papiros çöl balkona çıxanda camaat səcdəyə gedərdi. Qantəmir.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

səcdə

secde


Son arananlar: