süzmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
süzmək
f.
1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək. // Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək. – [Göyçək] şoru torbaya töküb süzdü. Ə.Vəliyev.
2. Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında). Miss Hanna.. ikinci çayı süzməyə başladı. M.S.Ordubadi. Nahardan sonra çayı Səkinə özü süzüb verdi. Ə.Abasquliyev.
3. məc. Oynamaq, rəqs etmək. Nərgizi üzüm, lay-lay; Yaxana düzüm, lay-lay; Sən böyü, mən qocalım; Toyunda süzüm, laylay. (Bayatı). [Cahan:] Toyunda da sənin, bala; Bax beləcə süzərəm. Ü.Hacıbəyov. “Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. Mir Cəlal.
4. Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. Başdan-ayağa süzmək. – Xəlil yuxusuzluqdan tutqunlaşmış qonur gözlərini qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn. Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov. Nərgiz ..acizanə bir baxışla oğlanı süzdü. B.Bayramov.
5. Qanad çalmadan sakit-sakit, səssiz uçmaq. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Bu yerlərə gəlmiş quşlar .. çay üzərilə süzürdülər. S.Rəhimov. ‣ Gözlərini süzmək – bax. göz.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
süzmək
I. tökmək
{dökmek}
II. axmaq, sızmaq, dammaq
{akmak, sızmak, damlamak}
III. oynamaq
{oynamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
süzmək
süzmek