turklehceleri.org

sükunət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sükunət

is. [ər.]
1. Sakitlik, aram, asayiş, rahatlıq. Yandıraram sükutu da, sükunəti də; Qəlbimi alovlandıran yaşamaq-yaratmaq gözüylə. R.Rza. [Nuriyyə:] Bu aydınlıq çöllərin mehriban sükunəti.. indi mənə anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edirdi. İ.Əfəndiyev. O, sükunət içində ömrünü başa vurdu. B.Vahabzadə. • Sükunət etmək – 1) aram tutmaq, sakit olmaq; 2) sakin olmaq. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. F.Köçərli.
2. xüs. Durğunluq. Cismin sükunət halı. məmə. // Sakitlik. Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi.. M.Hüseyn. Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır. N.Xəzri. • Sükut etmək – dinməmək, danışmamaq, susmaq. Heç yazmayım, dedim, istəyim söndü; Qələm sükut etdi, könlüm düşündü. Ə.Cavad. Bəxtiyar-bəxtiyar açılar səhər; Dünya sükut edib səni dinləyər; Sən danışanda. N.Xəzri. Sükuta dalmaq (batmaq), sükuta qərq olmaq – bax. sükut etmək. Dostlar .. gözlərini bir-birinə zilləyib, sükuta daldılar. M.Hüseyn. Birdən-birə aləm sükuta dalır. Mir Cəlal. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi. Sükuta getmək – bir müddət danışmamaq, dinməmək, səsini çıxarmamaq. Cənnətəlinin .. məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Çəmənzəminli. Sükutu pozmaq – danışmağa başlamaq, sakitliyi pozmaq. Kənarda dayanıb deyilənlərə qulaq asan Mürsəl sükutu pozdu. Ə.Vəliyev. Müəllim sükutu pozdu. S.Vəliyev.
2. Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

sükunət

I. durğunluq, sakitlik, səssizlik
{durgunluk, sakinlik, sessizlik}

II. aram, asayiş, rahatlıq, əmin-amanlıq, istirahət, dinclik, asudəlik, arxayınlıq
{sakinlik, asayiş, rahatlık, güvenlik, istirahat, huzur, asudelik, kaygısızlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sükunət

sükûn, sükûnet


Son arananlar: